Suriya prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriyanın milli maraqlarına yönəldiyi təqdirdə görüşə hazır olduğunu açıqlayıb.
Vətəninfo.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Əsəd jurnalistlərin Ərdoğanla mümkün görüşlə bağlı sualını cavablandırarkən deyib: “Əgər görüş ölkənin maraqlarına cavab verirsə, onda mən onu keçirəcəyəm” .
Bundan əvvəl Ərdoğan Türkiyənin xarici işlər naziri Hakan Fidanın həmkarları ilə birlikdə Ankara ilə Dəməşq münasibətlərinin tənzimlənməsi, Türkiyə və Suriya liderləri arasında danışıqların aparılması üçün yol xəritəsini müəyyənləşdirdiyini açıqlamışdı. Ərdoğan bildirib ki, Fidanın Əsədlə görüşünü, ola bilsin, üçüncü ölkədə təşkil etmək hüququ var. Suriya Xarici İşlər Nazirliyi cavab verib ki, Suriya ilə Türkiyə arasında münasibətlərin nizamlanması 2011-ci ildən əvvəl mövcud olan vəziyyətə qayıtmağa əsaslanmalıdır.


























