image-1backend

Bəşər Əsədin ailə üzvləri Beyrutda hava limanında saxlanılıb

image-reklam_sirab_01

Suriyanın Beyrutdakı səfirliyi devrilmiş lider Bəşər Əsədin yaxınlarına saxta pasport verilməsi şübhəsi ilə konsulluq işlərini dayandırıb.

Suriyanın Beyrut səfirliyi Bəşər Əsədin əmisi Rifat Əsədin oğlu Durid Əsədin həyat yoldaşı Xüzeym və qızı Şəmsə saxta pasport verilməsi səbəbilə konsulluq xidmətlərini müvəqqəti olaraq dayandırdığını elan edib. Livan mətbuatında yayınlanan xəbərlərə görə, Əsədin əmisi oğlu Durid Əsədin həyat yoldaşı Xüzeym və qızı Şəms pasportlarının müddəti bitdiyi üçün Livana qanunsuz yollarla daxil olub. Qısa müddət ərzində Misirə keçmək məqsədilə böyük məbləğlər ödəyərək səfirlikdə pasportlarının etibarlılıq müddətini saxtalaşdırdıqları iddia edilir.

Suriya Xarici İşlər Nazirliyi Beyrut səfirliyinin Əsəd ailəsindən başqa şəxslərə də saxta pasport verib-vermədiyini araşdırmaq üçün istintaq başlatdığını bildirib.

Əsədin əmisi oğlu Durid Əsədin həyat yoldaşı Xüzeym və qızı Şəmsin sənəd saxtakarlığı ittihamı ilə nəzarətdə saxlanıldığı iddia olunur. Dünən Livana qanunsuz yollarla daxil olduğu müəyyən edilən, aralarında zabitlərin də olduğu Əsəd rejiminin təxminən 70 hərbçisi Suriyaya geri göndərilmişdi. Xüzeym və Şəms Əsədin 27 dekabrda Beyrutdakı Rəfiq Həriri Beynəlxalq Hava Limanında nəzarətə alındığı bildirilmişdi.

Suriyanın devrilmiş lideri Bəşər Əsədin əmisi və 1982-ci ildəki Həma qırğınına rəhbərlik edən qüvvələrin komandiri Rifat Əsədin 24 dekabrda özü ilə birlikdə 2 nəfərdən ibarət qrupla xüsusi təyyarə ilə Beyrutdan Dubaya getdiyi açıqlanmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image