image-1backend

Bəşər Əsədin həyat yoldaşının atası və anası Britaniyadan qaçıb

image-reklam_sirab_01

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşının atası və anası Fəvaz və Səhər Axras Böyük Britaniyanı tərk edib və çox güman ki, Rusiyaya gediblər. Vətəninfo.az xəbər verir ki, bu barədə Daily Mail mənbələrə istinadən yazır.

Xatırladaq ki, Əsəd hakimiyyətdən getdikdən sonra Putinin qərarı ilə sığınacaq aldığı ailəsi ilə birlikdə Moskvaya gedib.

Əsədin həyat yoldaşı Əsmanın valideynləri Londonun qərbindəki North Actonda öz evlərində yaşayırlar. Oradakı supermarketin suriyalı sahibi Daily Mail-ə bildirib ki, bir müddət xaricə getdiyini, həyat yoldaşının artıq ölkəni tərk etdiyini deyən Axras ilə təxminən on gün əvvəl danışıb.

“O, dəqiq harada deməyib, amma Aktonda böyük suriyalı icması var və onlar deyirlər ki, o, arvadı ilə qızı və kürəkənini saxlamaq üçün Moskvaya gedib. Bu, təəccüblü deyil, çünki onlar çox yaxındırlar. ”, – deyə mənbə bildirib.
Onları 30 ildən artıqdır tanıyan Axrasın qonşusu da Rusiyaya getdiklərini açıqlayıb. Qadının sözlərinə görə, son bir həftə ərzində onların evində heç kim olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image