image-reklam-veteninfo
image-33backend

“Bəşər Əsədlə görüşməyə hazırıq”  – Ərdoğan

image-reklam-veteninfo

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədlə görüşə qapalı olmadıqlarını bildirib.

Vətəninfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl İstanbuldakı Atatürk Hava Limanında təşkil edilən mətbuat konfransında R.T.Ərdoğan deyib: “Türkiyə Suriya ilə normallaşma prosesi üçün bu ölkəyə qapısını bağlamayıb. Rusiya və İranın da iştirakı ilə dördlü zirvə toplantılarının keçirilməsini istəyirik.

Biz Bəşər Əsədlə də görüşə qapalı deyilik. Bütün məsələ onların bizə yanaşmasıdır. Hal-hazırda Suriyada Əsəd təəssüf ki, Türkiyənin Suriyanın şimalını tərk etməsini istəyir. Belə bir şey ola bilməz. Çünki biz orada terrora qarşı mübarizə aparırıq. Bu cümləni başqa ölkələr üçün işlədirik? Yox. Ona görə də ədalətli yanaşma axtarırıq. Bu ədalətli yanaşma olduqdan sonra heç bir problem yoxdur. Qalan şeylərin öhdəsindən gələ bilərik”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki