image-1678365182_cavansirbackend

BƏŞƏRİ İMZA

image-reklam_sirab_01

5-Cİ MƏQALƏ
Məmləkətlər təbii sərvətləri ilə zəngin sayılmır. Çünki onlar sonsuz deyil, tükənəndir. Dünya səhnəsində o dövlətlər yer alır ki, tükənməyən sərvətləri var. Bu sırada isə ilk növbədə mədəniyyət, incəsənət, kəşflər və bütün bunları idarə edə bilən liderlər, görkəmli şəxsiyyətlər yer alır. Belə olan təqdirdə xalqlar, dövlətlər bəşər tarixində imzasını qoyur, gələcəyini təmin etmiş olur. Ən qədim, orta və yeni tarixin sahifələri belə faktlarla zəngindir. Müasir dövrdə də eyni tendensiya bütün kəskinliyi ilə davam edir. Müharibələr, münaqişələr zəngin təbii sərvətləri olan ölkələrə, nəinki,xoşbəxtlik gətirir, əksinə , onlar üçün yeni faciələrə çevrilir.Yaxın Şərqdə baş verən qanlı hadisələr, yaşanan fəlakət, müstəqillikləri şərti məzmun daşıyan dövlətlər bu həqiqətin aydın mənzərəsini sərgiləyir. Bəs, bütün bunların kökündə nə dayanır? Təbii ki, birinci növbədə lidersizlik. Məhz bu faktor şərq, qərb, şimal, cənub , bir sözlə, bütün planeti dəhşətli suallar qarşısında qoyur. Amma, yaxşı nümunələr də var. Məsələn, Azərbaycan:
– təbii resursları milli maraqların ifadəsinə çevirə bilir;
– yerləşdiyi coğrafiyada əməkdaşlıq platformaları yaradır;
– üstəlik, tarixinin iki əsrində üzləşdiyi işğal faktını aradan qaldırıb və 30 il ərzində Ermənistanın işğalında olan torpaqlarını geri qaytarıb;
– beynəlxalq nizamda yeni presedent formalaşdırır;
– həmçinin, ən müxtəlif siyasi qütblər arasındakı ziddiyyətlərə rəğmən maraqlar balansını uzlaşdırır və s.
Geopolitik mübarizə meydanını xatırladan həssas bir regionda Azərbaycan bütün bunlara nəyin sayəsində nail olur? Heç şübhəsiz, ilk növbədə Prezident İlham Əliyevin uzaqgörən və praqmatik yanaşmaları sayəsində. Eyni zamanda, Liderlik xarizmasının nəticəyönümlü addımları sayəsində. Millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyevin 5-ci kitabı – “Türk dünyasının tarixi şəxiyyətləri” adlı kitabına bu qeydlərlə başlamağım təsadüfi deyi. Çünki, dünən kimi bu gün də tarixdir. Ona görə də yaşanan və yaşanılacaq tarixə keçmiş və müasirlik konteksində yanaşma, paralellərin aparılması zənnimcə, vacibdir və doğru variantlardan biridir. C.Feyziyevin kitabı bu baxımdan xüsusi önəm daşıyır. Kitabda türk dünyasının 40 görkəmli şəxsiyyəti və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirilərək təqdim olunur. Özü də heç bir fantaziyaya yol verilmədən faktlar və tarixi həqiqətlər əsasında. Müəllifin 354 qaynağa istinadən apardığı araşdırma bu mənada xüsusi maraq doğurur. Ən qədim dövrlərdən başlayaraq müasir dövrümüzə qədər dünya tarixinə böyük töhfələr verən şəxsiyyətlər, planetin siyasi coğrafiyasını dəyişməyə qadir fatehlərin həyat yolu, fəaliyyət istiqamətləri barədə müffəsəl məlumat verilən tədqiqat əsəri Oğuz Kağanla başlayır. Çünki, yarı mifik, yarı gerçək Oğuz Kağan (və ya Oğuz xan – C.F) oğuz boylarının atası, ilk başıçı, ulusal dövlətçiliyn ilk qurucusudur. Sonradan ümumtürk mədəniyyətində bu hadisə “Oğuz Kağan“ dastanına çevrilmişdir. Müəllif burada YUNESKO tərəfindən 1300 illiyi qeyd olunan “Kitabi Dədə Qorqud”a qədər türk – oğuzların diferensasiyası dövrünədək geniş izahını verir. Eyni zamanda ,Oğuz xanın tarxi şəxiyyət olmasını müxtəlif mənbələrdən əldə etdiyi məlumatlar əsasında şərh edir. Məsələn, 14-cü əsr tarixçisi Fəzlullah Rəşidəddinin “Cami ət- Təvarix “ adlı funametal əsərində deyilir: ”Oğuz xan Göyçədən Xəzər Dərbəndi üzərinə köç etdi…Şirvana və Şamaxıya elçi göndərdi. Arana və Muğana hərəkət etdi, Savalana çatdı…Yaylaqda olduqları zaman oğuzlar bu tərəflərdə olan bütün ölkələri ələ keçirib tutdular.Azərbaycan vilayətini də aldılar.” Müəllif 14-cü əsr tarixçisi Əbu Bəkr bin Abdullahın “Dürəri-ticən” əsəri, 19-cu əsr görkəmli rus şərqşünası Nikita Yakovleviç Biçurinin Oğuz xanın eramızadan əvvəlki 3-2-ci minillikdə yaşaması fikri ilə Oğuz Kağanın tarixi şəxsiyyət faktını möhkəmləndirir. Misalları gətirməkdən məqsədim odur ki, C. Feyziyev türk etnogenezisinə, ideolojisinə qarşı mübarizə aparanlara tarixi həqiqətlərin dili ilə aydın mesajlar verir. Əsərin maraqlı cəhətlərindən biri də şəxsiyyətlər tarixinin xronolgiyasının müfəssəl olmasıdır. Bu prinsip həm də o imkanı yaradır ki, oxucu Atilla, Bilgə Kağan,Toyukuk , Sultan Mahmud Qəznəli, Səlcuq bəy, Alp Arslan kimi dühaların timsalında tarixin qüdrətli zəka və ideya zənginliyi ilə tanış olsun. Heç şübhəsiz ki, onların hər birinin fəaliyyəti tarix üçün örnəkdir. Çünki bəşəriyyətin inkişafında yeni istiqamətlər açıb. Məsələn, 900-1007-ci illərdə (C.F) yaşamış Səlcuq bəy. Kitabda deyilir: ”Səlcuq bəy oğulları ilə birlikdə böyük Səlcuq dövlətini yaratmış, bununla da türklərin Yaxın və Orta Şərqdə geopolitik dominantlıq əldə etməsinin təməlini qoymuş bir türk hökmdarıdır.” Məhz bu dövrdə regionun ən güclü dövlətləri ilə hərbi-diplomatik münasibətlər qurulur, Səlcuq dövlətinin islamtəməlli dini, ictimai və siyasi quruculuq fəaliyyəti möhkəmlənir. Göründüyü kimi, Səlcuq bəyin dəst -xətti türk dünyasında zaman-zaman xatırlanacaq yeni bir səhifə açıb və bu gün də xüsusi aktuallıq daşıyır.

Dövlətlər, ölkələr, cəmiyyətlər ideologiyasız yaşaya bilməz. Amma bu xətt insanlığa, bəşəriyyətə fayda verməli, inkişafa aparmalıdır. Çox təəssüflər ki, bu gün dünyada məhz bu çatışmır və ya bilərəkdən belə bir mühit formalaşdırılır. Nəticədə, ideoloji vakkum hökm sürür və şər qüvvələr bundan çirkin məqsədləri üçün istifadə edir. Cavanşir Feyziyevin əvvəlki kitablarında yer alan ideolojinin 5-ci kitabda zəngin erudisiya sahibləri timsalında tədqiq etməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Şərq dünyasında islam fəlsəfəsinin banisi türksoylu Əbu Nəsr əl-Fərabi (873 – 950- C.F) həm sağlığında, həm də sonrakı yüzilliklərdə Şərq və Qərb fəlsəfəsinə, klassik elmi-fəlsəfi təlimlərin yardılmasına müstəsna təsir göstərmişdir. Böyük mütəfəkkirin dövrümüzə qədər gəlib çıxan 117 kitabı bunu aydın şəkildə təsdiqləyir. Zəngin-mənəvi irsin ideya coğrafiyası C.Feyziyevin ktabında konkret faktlarda ifadəsini tapır:”Bunlardan 43-ü məntiq, 11 metafizika, 7-si əxlaq, 7-si siyasi elmlər, 17-si musiqi, tibb və sosiologiyaya aiddir.” Göründüyü kimi Şərq dünyasının ideya carçıları bəşəri təkamülə xidmət edir və bu xətti elmi əsaslarla möhkəmləndirir. Bəs, kitabda dünya ədəbiyyatının klassiki Nizami Gəncəvi (1141-1209-C.Feyziyev) ideyaları mütəfəkkirin əsərləri xülasəsində necə verilıir? Erkən Şərq intibahının zirvəsi sayılan böyük mütəffəkir üçün şəxsiyyətin ən yüksək meyarı insanlıqdır. Şairin uzaq 12-ci əsrdə irqi, milli və dini ayrı-seçkiliyin rədd etməsi çağırışları inidki dünyamız üçün həyati əhəmiyyət kəsb edir!..Şərqin səsləndiyi bu çağışa dünya əməl etsəydi, şübhəsiz, insanlıq bu gün faciələrlə üzləşməzdi, dünya güclülər və zəiflər ziddiyətində boğulmazdı, monoetnik ölkələrin sayı artmazdı. Şərq ideolojisi daşıyıcıları uğrunda mübarizə apardığı və həmişə yanında olduqları haqq-ədalət yerini tapar, kainat rahat nəfəs alardı. Mövlana Cəlalədin Rumi, Yunus Əmrə kimi fikir fatehlərinin istəyi, arzusu da məhz ideallar idi. Nə yaxşı ki, C. Feyziyevin kitabında mütəfəkkirlərin hər biri və yaradıcılıq qayələri barədə müfəssəl məlumat əldə etmək mümkündür. Müəlifin uzaq keçmişdən müasir tarixə keçid priyomları da olduqca maraqldır. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə Yunis Əmrənin “Bir yerdə öldüyü halda, niyə min yerdə məzarı olduğunu “ soruşur və sualı özü də cavablandırır. Rəmzi mənanı simvolizə edən cavab əslində, ideya və mənəvi varisliyin türk aləmi, bütövlükdə dünyada intişar tapmasıdır.
Fəlsəfə doktoru C. Feyziyev üslübuunun üstün cəhətlərindən biri dövlətçilik və ideoloji ənənəni üzvi vəhdət, xronoloji ardıcıllıqla tədqiq etməsidir. Məhz buna görə əsərdə davamlılq prinsipi əksini tapır. Mütəfəkkirlərdən sonra yenidən dövlət xadimləri – Osman qazi, Çingiz xan, Əmir Teynur, Fateh Sultan Mehmet, Mustafa Kamal Atatürkə müraciət, əslində, tarixi kompozisiyanın qorunması anlamı daşıyır. Bu yerdə tarixin Mustafa Kamal Atatürk faktı üzərində bir qədər ətraflı dayanmaq vacibdir. O, Türk Cümhuriyyətini qurdu, Osmanlı imperiyasını respublika Türkiyəsinə daşıdı, milliyyətçi monarxiyadan milli demokratiyaya keçid epoxası yaratdı. Kitabda deyilir: “Birinci Dünya Müharibəsinin ağır nəticələrin aradan qaldırılması və müasir dövlət quruculuğu prosesində türk millətinin öndəri olaraq tarixə şərəfli bir yer almışdır.” 20-ci yüzilliyin əvvəlində Türkiyə hansı sual qarşısında qalmışdısa, həmin yüzilliyin 90-cı illərində istiqlalını bərpa edən Azərbaycan da eyni problemlə üzləşmişdi. Bir tərəfdə erməni işğalı, digər tərəfdə daxili siyasi ambisiyalar meydan sulayırdı. Nəticədə Azərbaycan olum, qalım dilemmasında vətəndaş müharibəsi dəhşətini yaşayırdı. Nəinki, müstəqillik, bütövlükdə dövlətçilik yox olmaq ərəfəsində idi. Məhz, görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın nigaran taleyinə aydınlıq gətirdi. Məhz, Heydər Əliyev Qurtuluş məfkurəsi ilə şah əsəri – Müstəqil Azərbaycanı yaratdı və müasir inkişaf yoluna çıxardı.Beləliklə, Heydər Əliyev Azərbaycan xalqının ,dünyadakı 50 milyondan çox azərbaycanlının ümummilli liderinə çevrildi. Kitabdan bir iqtibasa diqqət yetirək: “Heydər Əliyev ona görə yeni dövrün dahisidir ki, o, Atatürkün siyasi fəaliyyət, dövlət quruculuğu, milləti səfərbər etmə, onu ən çətin sınaqlardan keçirib zəfərə çatdırma praktikasını Azərbaycan şəraitində yardıcılıqla tətbiq etməyi bacarmışdır”. Azərbaycan və Türkiyə məhz bu gün siyasi varislik və vahid ideoloji xətt üzərində boy atır, regional və qlobal müstəvidə söz sahibinə çevrilir. Deməli, güclü olmaq üçün GÜCLÜ LİDER və GÜLÜ İDEYALAR lazımdır! Düşünürəm ki, millət vəkili fəlsəfə doktoru C. Feyziyevin 5-ci ktabının ANA XƏTTİ məhz bu leytmotivə köklənib.

S. HÜSEYNOV


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image