image-reklam-veteninfo
image-1backend

Betis səfərdə Villarrealı məğlub etdi – 3 qol ilk hissədə vuruldu

image-reklam-veteninfo

İspaniya La Liqasının 5-ci turunda “Real Betis” səfərdə “Villarreal”la qarşılaşıb.

Vətəninfo.az xəbər verir ki, gərgin keçən görüşdə qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Villarreal”ın heyətində Jerar Moreno 29-cu dəqiqədə hesabı açıb. “Betis” isə Cucho Hernandezin 39-cu dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib. Natán 43-cü dəqiqədə fərqlənərək qonaqları hesabda önə keçirib.

Bu nəticə ilə “Betis” mövsümə uğurlu startını davam etdirib, “Villarreal” isə çempionatda qələbə həsrətini davam etdirib.

La Liqa, 5-ci tur

“Villarreal” – “Betis” 1:2

Qollar: Jerar Moreno, 29 — Cucho Hernandez, 39; Natán, 43.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki