Bu gün Nömrə 1 Tədris Mərkəzi tərəfindən təşkil olunan “Beyin Gücü 2” forumu uğurla baş tutub. Forumda ölkənin müxtəlif bölgələrindən peşəkar təlimçilər, ekspertlər və spikerlər iştirak edərək təhsil, liderlik və şəxsi inkişaf mövzularında çıxışlar ediblər.
Forum çərçivəsində “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova spiker qismində çıxış edərək psixoloji inkişaf, liderlik bacarıqları və şəxsi effektivlik mövzusunda təlim təqdim edib.
Vüsalə xanım çıxışında liderliyin psixoloji əsasları, stressin idarə olunması və effektiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi mövzularında praktiki tövsiyələr verib. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və faydalı hesab olunub.


























