image-1backend

Beynəlxalq Əfv Təşkilatı: “2023-cü ildə  İran və Yaxın Şərqdə edamların sayı kəskin artıb”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,Beynəlxalq Əfv Təşkilatı bu gün dərc etdiyi 2024-cü il hesabatında ötən il bütün dünyada qeydə alınan edamların sayının İranda və Yaxın Şərqdə kəskin artımla 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatdığını açıqlayıb.
Təşkilat bildirir ki, ötən il bütövlükdə 1153 edam qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 30% artım deməkdir.
“Edamların artması əsasən İranda qeydə alınıb, hökumət ötən il ən azı 853 nəfəri edam edib, halbuki bu rəqəm bir il öncə 576 nəfər olub. Ötən il İranda edam olunan 24 qadın və beş nəfər cinayəti törədərkən uşaq olub, o cümlədən etnik bəluçlar edamlarla daha çox üzləşiblər. Etnik bəluçlar İran əhalisinin beş faizini təşkil etdiyi halda, edamların 20%-ni əhatə edib”,- təşkilat əlavə edib.
Beynəlxalq Əfv Təşkilatı Çində icra edilən minlərlə ölüm hökmünü hesabata daxil etməyib, çünki hökumət sirri səbəbindən məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki