Vətəninfo.az “CityA.M” saytına istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi İranda insan haqlarının pozulması hallarının davam edəcəyi təqdirdə iranlı idmançıların gələn il Parisdə keçiriləcək Olimpiya oyunlarında iştirakını qadağan etməyə hazırdır.
Komitədən verilən məlumata görə, İranda etirazçılarla hökumət arasında yaşanan gərginlikdə idmançılar İran rejiminin hədəfinə çevrilib.