Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri və Ukrayna hakimiyyəti 15,6 milyard dollarlıq yardım proqramından Kiyevə 1,1 milyard dollar pay ayırmaq barədə razılığa gəliblər.
Vətəninfo.az məlumatına görə, bu barədə BVF-nin mətbuat xidməti məlumat yayıb.
BVF qrupunun rəhbəri Gevin Qrey sentyabrın 4-10-da Kiyevdə Ukrayna hakimiyyəti ilə müzakirələr aparıb. O, məlumat verib ki, heyət səviyyəsində razılıq əldə olunub. İndi həmin razılaşma BVF-nin İcraiyyə Şurası tərəfindən təsdiqlənməlidir ki, bu da yaxın həftələrdə baş verəcək.
Sonrakı şərtlər arasında vergi sektorunda islahatlar, yeni Ali İnzibati Məhkəmənin yaradılması, Ukrayna Milli Bankının xarici auditi var.
2023-cü ildə Mart ayında BVF Ukrayna üçün 15,6 milyard dollarlıq dördillik proqramı təsdiqləyib. Maliyyələşməni əldə etmək üçün Kiyev müəyyən öhdəlikləri yerinə yetirməlidir. BVF-dən vəsait bu şərtlərin yerinə yetirilməsi yenidən yoxlanıldıqdan sonra ayrı-ayrı hissələrlə alınır. Ukrayna əvvəlki payı iyulun əvvəlində 2,2 milyard dollar məbləğində alıb.