image-1backend

Beyrutun cənubunda partlayış baş verib

image-reklam_sirab_01

Otən gecə Livanın paytaxtı Beyrutun cənubundakı Dahiye bölgəsində partlayış baş verib. Partlayış İsrail ordusunun sözçüsünün Beyrutun cənubundakı bəzi ərazilərin “Hizbullah”a aid olduğunu iddia edərək hücumla hədələməsindən sonra baş verib.

İsrail ordusunun rəsmi internet səhifəsində edilən paylaşımda “Hizbullah”ın Beyrutdakı mövqelərinə hücum edildiyi bildirilib. Məlumatda İsrail döyüş təyyarələrinin “Hizbullah”ın silah anbarlarını hədəf aldığı qeyd olunub.

“Hizbullah” isə İsrailin şimalındakı hərbi mövqelərə və İsrail əsgərlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyini açıqlayıb. Onların verdiyi məlumatda, İsrailin şimalındakı Hayfa şəhərindəki hərbi bazanın çox sayda PUA ilə hədəf alındığı bildirilir.

İsrailin rəsmi KAN telekanalının yaydığı xəbərə görə, Hayfanın mərkəzindəki Karmel və körfəz bölgələrinə düşən raketlər nəticəsində 6 nəfərin yaralandığı bildirilib. Eyni zamanda, İsrailin şimalındakı Tiberiya şəhərinə düşən raket nəticəsində bir nəfərin yaralandığı da vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki