image-reklam-veteninfo
image-img_0471backend

Binəqədi rayonunda qanunsuz binanı kim inşa etdirir?

image-reklam-veteninfo
Bakıda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan aparılan qanunsuz tikinti işlərinin sayı artmaqdadır. 
Vətəninfo.az  xəbər verir ki, belə qanunsuz tikintilərdən biri də Binəqədi rayonunda aparılıb. Məlumata görə Binəqədi rayon  G.Ramazanov küçəsində inşa  edilən 4 mərtəbəli yaşayış binasının (apartman) tikintisi üçün dövlət qurumlarının hər hansı bir rəsmi icazəsi olmayıb.
Tikinti sahibinin Binəqədi icra hakimiyyəti ilə anlaşaraq binanı tikdiyi iddia edilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binası ilə bağlı hərhansı bir məlumata rast gəlmədik.
Hazırda binanın artırılma hissəsində (mansard) olan mənzillər satışa çıxarılıb.
Bildirilir ki, kvadratı 1100 manata satılan mənzillərə kupça ilə yox sadəcə alıq satqı müqaviləsi ilə satılır.
Yaşayış binasında mənzillərin satışı ilə Vəkil adlı şəxs məşğul olduğu  deyilir.
Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.  AzFakt.com

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki