image-reklam-veteninfo
image-img-20250623-wa0134backend

Biraz Bizdən, Biraz Sizdən: Uşaqların Gözündən Həyat Səhnəyə Daşıdı

image-reklam-veteninfo

2025-ci ilin 22 iyun tarixində Han Teatrında səhnələşdirilən “Biraz Bizdən, Biraz Sizdən” adlı teatr tamaşası izləyicilərə həm duyğusal, həm də düşündürücü anlar yaşatdı. Rejissor kürsüsündə təcrübəli sənətkar Roza İbadova Kocamazın əyləşdiyi bu xüsusi layihədə, uşaqların saf və günahsız baxış bucağından həyata dair önəmli mesajlar verildi.

Roza İbadova uşaqların təbii istedadlarını böyük ustalıqla yönləndirərək, səhnədə sanki işıqlı bir nəsil yetişdirdiyini bir daha sübut etdi. Hər bir aktyorun səhnədəki duruşu, səmimiyyəti və enerjisi zalda alqış tufanı ilə qarşılandı.

Tamaşanın əsas uğuru gündəlik həyatımızda qarşılaşdığımız adi anları və ailə dəyərlərini uşaqların sadə, lakin təsirli dili ilə təqdim etməsində idi. Bəzən güldürən, bəzən düşündürən səhnələrlə, böyüklər öz həyatlarına bir uşağın gözündən baxmaq fürsəti qazandılar.

Səhnədə çıxış edən gənc aktyorlar yalnız rollarını oynamadılar, eyni zamanda tamaşaçının qəlbinə toxunmağı bacardılar:

Ali Dəniz Yüksel

Asel Baskın

Badə Kırşallıoba

Defne Bulat

Derin Baysal

Efe Nəfəs

Eflal Hayat Dolu

Qurur Asel Sarık

Ladin Nar Gürel

Leyla Smyrna Çeliker

Naz Yazıcıoğlu

Rüzgar Saltabaş

Vera İzmir Çeliker

Yalın Yağcı

Yaman Yorulmaz

Onların hər biri səhnəyə gətirdikləri hiss və ifadələrlə tamaşaçıları heyran etdi.

İşıq dizaynı Mehmet Alacıya, afişa tərtibatı Burcu Aksuya, dekor məsuliyyəti isə Cemil Özcan’a aid olan bu uğurlu layihə, sənətin uşaqların dili ilə necə daha təsirli ola biləcəyini bir daha nümayiş etdirdi.

“Biraz Bizdən, Biraz Sizdən” yalnız bir teatr tamaşası deyil; gələcəyin sənətkarlarının işıq saçan addımları idi. Roza İbadovanın rəhbərliyi altında yetişən bu nəsil, gələcəkdə səhnələrdə daha böyük izlər buraxacaq – bu artıq indidən görünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki