Azərbaycanda qadın sahibkarlığının inkişafına yönəlmiş qlobal “She’s Next Empowered by Visa” təşəbbüsünün üçüncü mərhələsi başa çatıb. Layihə bank və biznes xidmətləri bazarının liderlərindən olan Birbank Biznes və rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilib.
16 may 2025-ci il tarixində start götürən və üç aya yaxın davam edən layihə çərçivəsində qadın sahibkarlar üçün “Öz uğur hekayəni yarat” adlı təlim və müsabiqə proqramı təşkil edilib. Proqram iki kateqoriya üzrə keçirilib: “Kiçik və Orta Biznes” və “Mikro Biznes”. Layihəyə ümumilikdə 400-dən çox sahibkar müraciət edib.
Bütün iştirakçılar She’s Next platformasında pulsuz onlayn kurslar keçmək imkanı əldə etdilər. Müsabiqə şərtlərini uğurla yerinə yetirənlər finala hazırlıq zamanı təcrübəli mentorlardan dəstək alıblar. Proqramın finalı 11 iyul 2025-ci ildə Bakıda baş tutub. Tədbir zamanı finalçılar öz layihələrini peşəkar münsiflər heyətinə təqdim ediblər. Təqdimatların nəticələrinə əsasən, hər iki nominasiya üzrə qaliblər müəyyən edilib və onlar öz bizneslərinin inkişafına görə pul mükafatı alıblar.
“Kiçik və orta sahibkarlıq” nominasiyası üzrə üçüncü yeri və 5000 manat məbləğində mükafatı kosmetika və məişət kimyası məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan Cəmilə Quliyeva qazanıb. İkinci yeri və 10 000 manatı isə distribütor şirkətinin təsisçisi Bellabacı Gülyarə Cumayeva alıb. Kateqoriyanın qalibi “Coffee 9bar” və “Street 9bar”ın sahibi Türkan Eyyubova olub, o, 15 min manat baş mükafata layiq görülüb.
Mikro Biznes kateqoriyasında üçüncü yeri və 5000 manatı qidalanma pozuntuları üzrə təlimçi və məsləhətçi Şelalə İbrahimova qazanıb. İkinci yeri və 10 000 manatı 2-6 yaşlı uşaqlar üçün inkişaf proqramları üzrə ixtisaslaşmış təlim mərkəzinin təsisçisi Nigyar Cabiyeva qazanıb. Bu nominasiya üzrə 15 000 manatlıq baş mükafatı və qalib adını “Le miracle d’Asunta” brendi ilə soyuq sıxılmış təbii sabun istehsalı ilə məşğul olan biznesin təsisçisi Asunta Adıgözəlova qazanıb.
Tədbirdə həmçinin Visa və Birbank Biznesin Azərbaycanda ilk birgə kobrend vizit kartının təqdimatı elan edildi – She’s Next. Qadın sahibkarlar üçün nəzərdə tutulmuş bu kart öz sahiblərinə bir sıra maraqlı və faydalı imtiyazlar təqdim edir.
Kapital Bankın məhsulu olan Birbank Biznes müştərilərin bizneslərinin inkişafına xüsusi diqqət yetirir, onlara səmərəli idarəetmə üçün innovativ və rahat həllər təklif edir. Sual yarandığı halda Birbank Biznes müştəriləri onlayn çat vasitəsilə 24/7 dəstəkdən istifadə edə bilərlər. Sahibkarlara vaxta qənaət etməyə kömək edən Birbank Biznes sistemi haqqında ətraflı öyrənmək üçün https://birbank.business/ saytına daxil olun və ya 896 nömrəli məlumat mərkəzi ilə əlaqə saxlayın.