image-1backend

Birdəfəlik müavinətlər “Birbank”da

image-reklam_sirab_01

Ölkənin ilk rəqəmsal bankı “Birbank” müştərilərin həyatını rahatlaşdırmaq, vaxta qənaət etmək, müştəri məmnuniyyətini artırmaq məqsədilə rəqəmsal həllər təklif etməyə davam edir. Budəfəki yenilik Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq nəticəsində həyata keçirilir.

Vətəninfo.az xəbər verir ki, artıq uşağın anadan olmasına və dəfnə görə müavinətləri “Birbank” mobil tətbiqindən əldə etmək mümkündür.

Daha öncə müştərilər bu ödənişləri əldə etmək üçün bank filialına yaxınlaşaraq müəyyən sənədləri təqdim etməklə vəsaiti əldə edə bilərdilər. Artıq vaxt itirməyə gərək yoxdur. Müştərilər “Birbank” mobil tətbiqinə daxil olduqda müavinət məbləğini, məbləğin hansı növə aid olduğunu görə, vəsaiti istənilən banka məxsus kart kesabına köçürə bilərlər. “Birbank” mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndərilir ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkündür.

Xatırladaq ki, yeniliyin ardından müştərilər birdəfəlik ödənişlərlə bağlı sənədləri DSMF-yə təqdim etdikdən sonra onlara ödənişi fiziki olaraq bank filialından və ya rəqəmsal formada Birbank mobil tətbiqindən əldə etmək seçimi verilir.

“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image