Zirvə toplantısına ev sahibliyi və bu ilin sonuna qədər KTMT-yə sədrlik edən Qırğızıstan hakimiyyəti, Rusiya qonağını Bişkekdəki Ukrayna səfirliyinin mümkün “təxribatlarından” o qədər effektiv şəkildə qoruya bildilər ki, Vladimir Putin “təhlükənin” haradan gəldiyini belə görə bilməzdi.
Vətəninfo.az xəbər verir ki, məsələ burasındadır ki, 90-cı illərdə Ukraynanın səfirliyi, sözün əsl mənasında, Rusiya prezidentinin son rəsmi qarşılanma mərasiminin Bişkekdə keçirildiyi Qırğızıstan prezidentinin “Yntımak Ordo” iqamətgahının yanında yerləşdırılıbmiş. Qırğızlar nəhəng bir mühəndislik konstruksiyası tikiblər, onun üstündə Rusiya üçrəngli bayrağı daşıyan nəhəng bir lövhə quraşdırıblar ki, Ukrayna səfirliyinin ərazisini və onun qarşısında qoyulmuş sarı-mavi bayrağın Rusiya prezidentinin gözündən uzaq olsun.
Ukraynanın Qırğızıstandakı səfirliyi bu məsələyə hələ şərh verməyib.


























