image-1backend

Biz 134 milyard avro xərcləmişik, buna görə Kiyevin qələbəsinə inanırıq- Kalas

image-reklam_sirab_01

Avropa İttifaqı artıq Ukraynaya 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro ayırıb və Kiyevə dəstəyi davam etdirməyə hazırdır. Vətəninfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas məlumat verib.

“Biz artıq Ukraynaya ümumilikdə 134 milyard avro, o cümlədən silahlar üçün 50 milyard avro verdik. Yanvarın sonuna qədər Aİ tərəfindən təlim keçmiş ukraynalı əsgərlərin sayı 75 minə çatacaq”, – “Ukrainskaya Pravda” onun sözlərindən sitat gətirib .

Kalas, həmçinin Ukraynanın Aİ-nin lazımi dəstəyi ilə Rusiyaya qarşı müharibədə qalib gələ biləcəyinə əminliyini ifadə edib.  

Kaya Kalasın sözlərinə görə, Brüssel ABŞ olmadan da təkbaşına Kiyevi dəstəkləməyə hazırdır. 

Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzərində işləyir. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image