image-1backend

“Biz Azərbaycanın istəklərini yerinə yetirməliyik. Əks halda…”- Hayk Nahapetyan

image-reklam_sirab_01

“Biz Azərbaycanın istəklərini yerinə yetirməliyik. Əks halda Azərbaycan istədiyini bizdən artıqlaması ilə alacaq”. Vətəninfo.az xəbər verir ki, bu fikirləri erməni  hərbi ekspert Hayk Nahapetyan bildirib.

O deyib ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana yol açılacaq. “Onun kimə veriləcəyi zaman içində məlum olacaq. Amma bunun ardından digər hadisələr də baş verəcək”.

Nahapetyan bildirib ki, Rusiya ilə münasibətlərin pisləşməsi  Ermənistanın kənd təsərrüfatını tənəzzülə uğradacaq. “Biz də Azərbaycandan yanacaq alıb, tədricən Azərbaycanın əyalətinə çevriləcəyik. Ermənistanda azərbaycanlılar yaşayacaq, üstəlik, bu yolla Ermənistan Qərbi Azərbaycana çevriləcək. Bu onların planıdır və açıq şəkildə o proqramdan danışırlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki