image-reklam-veteninfo
image-image_750x_64cfa61153d6cbackend

“Biz bu hücumda məğlub olduq” -Ukraynalı əsgər

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Ukrayna əsgərləri “New York Times” qəzetinə Rusiya müdafiəsinin demək olar ki, keçilməz xətləri və ağır itkilər barədə danışıblar.

Belə ki, adının çəkilməsini istəməyən döyüşçülərdən biri onun briqadasının rus artilleriya və tankları tərəfindən atəşə tutulduğu zaman məğlub olmasından şikayətlənib. Onun sözlərinə görə, kifayət qədər dəstək olmadan döyüşə çıxıblar.

“Əgər on dəqiqə daha qalsaydıq, daha sağ qalmazdıq” dedi.

Əsgər əlavə edib ki, cəmi bir ay ərzində onun batalyonu o qədər ağır itki verib ki, ilkin tərkibdən cəbhə xəttində cəmi on nəfər qalıb.

Başqa bir əsgər onun bölməsinin necə artilleriya atəşinə tutulduğunu danışdı.

“Atıcılıq tirindəki kimi bizə atəş açırlar.

Bundan əlavə, əsgərlər texniki təchizat baxımından rus ordusunun üstünlüyünü dərk etdilər. Onların fikrincə, bəzən adamda belə bir təəssürat yaranır ki, rusların hər bir ukraynalı əsgəri üçün pilotsuz təyyarəsi var.”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki