Çin hakimiyyəti Rusiyaya təzyiq göstərməlidir ki, onu qoşunlarını Ukraynadan çıxarmağa məcbur etsin. Vətəninfo.az xəbər verir ki, belə bir çağırış Yaponiyanın Xirosima şəhərində keçirilən sammit zamanı G7 ölkələrinin liderlərinin birgə bəyanatında Pekinə edilib.
“Biz Çini Rusiyaya hərbi təcavüzünü dayandırmaq və qoşunlarını dərhal, tamamilə və qeyd-şərtsiz Ukraynadan çıxarmaq üçün təzyiq göstərməyə çağırırıq”, – TASS-ın sitat gətirdiyi sənəddə deyilir.
Bundan əlavə, Çin Xalq Respublikası ərazi bütövlüyü, BMT Nizamnaməsinin prinsip və məqsədlərinə əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhü dəstəkləməyə, Kiyevlə birbaşa dialoq qurmağa çağırılıb.


























