image-1backend

“Biz KTMT ilə münasibətləri hüquqi çərçivədə  dondura bilərik”- Paşinyan

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə de-fakto münasibətlərini hüquqi çərçivədə dondura bilərlər.

Vətəninfo.az xəbər verir ki, Ermənistan hökumətinin “YouTube” səhifəsində yayımlanan videoda baş nazir N.Paşinyan Ermənistanın bir ildən artıqdır ki, təşkilatda daimi nümayəndəsinin olmadığını, toplantılarda iştirak etməməklə quruma münasibətlərini praktiki olaraq dondurduqlarını bildirərək deyib: “KTMT-yə üzv ölkələrdə təşkilatın məsuliyyət sahəsi müəyyən edilib, lakin ölkəm üçün bu məsələdə qeyri-müəyyənlik var. Biz KTMT-yə sual vermişik və hələlik heç bir cavab almamışıq. Fikrimizcə, bu suala cavab verməmək Ermənistanın milli təhlükəsizliyi və ərazi bütövlüyünə təhlükə yaradır.

KTMT təhlükəsizlik sahəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməyib və bu, ölkəm üçün təhlükəlidir.

Əgər proses belə davam edərsə, biz hüquqi baxımdan da münasibətləri dondurmalı olacağıq.”

Qeyd edək ki, Paşinyan Azərbaycanla münaqişə ilə əlaqədar 2023-cü il yanvarın 10-da Ermənistanda keçirilməsi planlaşdırılan KTMT təlimini məqsədəuyğun hesab etmədiklərini və onun keçirilməsini qəbul etmədiklərini bildirib.

2023-cü il martın 10-da KTMT baş katibinin müavini vəzifəsindən geri çəkilən Ermənistan təşkilatın Qırğızıstanda keçirilən “Sarsılmaz qardaşlıq-2023” təlimində də iştirak etməyib.

N.Paşinyan 2024-cü il fevralın 23-də Ermənistanın KTMT üzvlüyünü faktiki dondurduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki