image-1backend

“Biz NATO-ya üzv olmaq niyyətində deyilik” – Şallenberq

image-reklam_sirab_01

“Avstriya NATO-ya üzv olmaq niyyətində deyil, lakin alyansla tərəfdaşlıqdan da imtina etməyəcək”. Ölkənin Xarici işlər naziri Aleksander Şallenberq bu barədə ORF radiosunun efirində deyib.

“Biz hərbi baxımdan neytral dövlətik və NATO-ya üzv olmağı planlaşdırmırıq”, – deyə nazir bildirib. Onun sözlərinə görə, Avstriya 1995-ci ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir və bu qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Aleksander Şallenberq iyulun 9-11-də NATO-nun Vaşinqtonda keçirilən sammitinə dəvət alsa da, Hindistanın Baş naziri Narendra Modinin Vyanaya səfərinə görə tədbirdə iştirak etməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki