image-1backend

“Biz NATO-ya üzvlük məsələsini müzakirə etməmişik və etmirik” -Paşinyan

image-reklam_sirab_01

“Bizim gündəliyimizdə NATO ilə bağlı belə bir sualımız yoxdur.” Vətəninfo.az xəbər verir ki, bu fikirləri  Ermənistanın baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində deyib.

Paşinyan bildirib ki,  biz NATO-ya üzvlük məsələsini müzakirə etməmişik və etmirik.

“Bizim NATO ilə tərəfdaşlıq münasibətlərimiz var və burada yeni heç nə yoxdur. Əvvəllər Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planımız var idi, indi həmin proqram üzvlüklə bağlı olmayan xüsusi tərəfdaşlıq formatına yenidən formatlaşdırılır.”-deyə Paşinyan bildirib.

“Mən sizə bir şeyi də deyim ki, biz bu gün heç olmasa de-yure Kollektiv Təhlükəsizlik Müqaviləsi üzvüyük və mən əmin deyiləm ki, ümumiyyətlə, daha doğrusu Ermənistanda blokun strategiyasının necə olacağı ilə bağlı müzakirələr gedir. Ümumiyyətlə, uzunmüddətli perspektivdə Ermənistanın maraqlarına uyğundur”.- Paşinyan əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki