“Tramp artıq bir dəfə ABŞ prezidenti olub. Və Azərbaycanla münasibətlərdə çox isti olub. Baydenin dövründə münasibətlər kəskin pisləşdi. “- bu fikirləri Qərbi Azərbaycan internet Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Cənab prezident İlham Əliyev bildirdi ki, Trampın seçilməsi ilə münasibətlər normallaşacaq.
“Bizim böyük ümidlərimiz var. Bu ondan irəli gəlir ki, Tramp hadisələrə daha praqmatik baxır. O, müharibə tərəfdarı deyil”.- deyə Cavanşir Feyziyev bildirib.