image-444backend

“Bizim Rusiyadan hədiyyələrə ehtiyacımız yoxdur”- Gürcüstan prezidenti

image-reklam_sirab_01

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Rusiya onun ölkəsinin ərazisini işğal etdiyi müddətdə Gürcüstanla viza rejiminin ləğvi qəbuledilməzdir.

Vətəninfo.az xəbər verir ki, S.Zurabişvili sosial media hesabında Rusiyanın mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün viza tətbiqini ləğv etməsinə, Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına və turizm şirkətlərinin Gürcüstana tur paketləri satmasına qadağaların ləğvinə reaksiya verib. O, Rusiyanın bu qərarını “təxribat” adlandırıb və deyib: “Nə qədər ki Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirir və ərazimizi işğal edir, Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir.

Rusiyanın viza tətbiqini ləğv etmək qərarı Gürcüstanda siyasi partiyalar arasında gərginlik yaratmağa yönəlib.

Rusiya öz maraqlarına uyğun olaraq oxşar qərarlar verir.

Gürcüstan hökuməti təhlükəsizlik şurasının iclasını keçirəcək və ölkənin təhlükəsizlik problemləri ilə əlaqədar Rusiya vətəndaşlarına 3 aylıq viza tətbiq etmək məsələsi müzakirə olunacaq.

Bu gün Gürcüstan Ukrayna ilə həmrəydir.

Bizim Rusiyadan hədiyyələrə ehtiyacımız yoxdur”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağa aradan götürülür. Rusiya vətəndaşları da mayın 15-dən Gürcüstana 90 gün müddətinə vizasız gedə biləcəklər. Bundan əlavə, Rusiya XİN ölkə vətəndaşlarının Gürcüstana səfərdən çəkinməsinə dair tövsiyəsini ləğv edib.

Rusiya aviaşirkətləri Moskvadan Tbilisiyə həftədə 7 reys həyata keçirməlidir. Moskva-Tbilisi reyslərinin açılmasına dair danışıqlar gedir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki