“Azərbaycan həlledici rol oynamalıdır”
Vaşinqton administrasiyası hesab edir ki, indi Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var
Vətəninfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonda Brukinqs İnstitutunda çıxışı zamanı deyib.
“Ölkələr arasında sülh sazişlərinin həyata keçirilməsi üçün müstəsna imkan var ki, bu da onilliklər davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, iqtisadi əlaqələr, iqtisadi artım, qərb, cənub, şimal və şərq ölkələri arasında əlaqələrin qurulması və regionda böyük imkanlar yaradacaq. Azərbaycan bunda həlledici rol oynamalıdır”, – deyə Amerikanın xarici siyasət idarəsinin rəhbəri bildirib.
O qeyd edib ki, Amerika tərəfi Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmaq üçün səy göstərib.
“Hesab edirəm ki, bu, həyata keçirilə bilər və Azərbaycan və Ermənistan xalqlarının, eləcə də bütün regionun maraqlarına tam cavab verir”, – Blinken əlavə edib.