image-1backend

Blinken Berbock ilə Rusiya və Çin arasında əməkdaşlığı müzakirə edib

image-reklam_sirab_01

ABŞ dövlət katibi Entoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə Çinin Rusiyanın müdafiə sənayesinə verdiyi dəstəyi müzakirə edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Amerikalılar Rusiyanın silah istehsalında istifadə olunan dəzgah və mikroelektronikanın böyük hissəsini Çindən aldığını iddia edir və Avropa müttəfiqləri ilə razılaşdırılaraq sanksiyaları sərtləşdirməklə hədələyirlər.

“Katib Blinken və xarici işlər naziri Burbok Ukraynaya dəstəyi bir daha təsdiqləyib və Çin Xalq Respublikasının üzləşdiyi problemləri, o cümlədən Çinin Rusiya hərbi sənaye kompleksinə dəstəyini müzakirə ediblər”, – press-relizdə deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki