image-1backend

Blinken buna görə Ankaraya gəlir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki , Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Suriyadakı son hadisələr və Qəzzada mümkün atəşkəs prosesi ilə bağlı vəziyyəti müzakirə etmək üçün bu gün Türkiyəyə səfər edəcək.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Entoni Blinken İordaniyanın Əqəbə şəhərindən sonra Ankarada rəsmi görüşlər keçirəcək.

Blinkenin gündəmində bazar günü Bəşər əl-Əsəd rejiminin devrilməsindən sonra Suriyada başlayan keçid prosesi üzrə işlər və 14 aydır İsrailin hücumlarına məruz qalan Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı mövzular yer alacaq. Açıqlamada “Xarici işlər naziri Blinken NATO-nun dəyərli müttəfiqi olan Türkiyədə rəsmilərlə bir araya gələrək terrorizmlə mübarizədən tutmuş regional sabitliyə qədər ortaq prioritetlər üzrə davam edən ikitərəfli əməkdaşlıqları müzakirə edəcək” ifadəsinə yer verilib. Açıqlamaya əsasən, Blinken Türkiyə və İordaniya səfərləri çərçivəsində “ABŞ-ın hesabatlı və təmsilçi bir Suriya hökumətinə keçid prosesinə dəstəyini” bir daha ifadə edəcək. Blinken həmçinin bu keçid dövründə ABŞ-ın Suriyanın qonşu ölkələrinə dəstəyini vurğulayacaq və bölgədə məcburi köçkün olmuş suriyalıların ehtiyaclarının ödənilməsi məsələlərini müzakirə edəcək.

Amerikalı katibin müzakirə edəcəyi digər mühüm mövzu isə Qəzzada mümkün atəşkəs prosesi, bununla əlaqədar əsirlərin azad edilməsi və Qəzzaya daha çox humanitar yardımın çatdırılması olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image