Vətəninfo.az xəbər verir ki, ABŞ-ın Dövlət katibi Antoni Blinken İordaniyanın paytaxtı Əmmana səfər edib.
Bildirilib ki, Blinken Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və İordaniya Kralı II Abdullah ilə görüşəcək.
Qeyd edək ki, ABŞ-ın Dövlət katibi İordaniyaya səfərindən sonra Qətərə səfər edəcək və orada yüksək səviyyəli rəsmilərlə görüşəcək.


























