ABŞ Dövlət katibi Türkiyə XİN rəhbəri ilə Praqada NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində görüşüblər.
Vətəninfo.az xəbər verir ki, dövlət katibi Antoni Blinken bu gün Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Dövlət katibi Blinken və xarici işlər naziri Fidan Qəzzada girovların azad edilməsini təmin edəcək atəşkəsin əldə edilməsi səylərini, həmçinin Qəzzaya humanitar yardımın artırılmasının və regional qeyri-sabitliyin qarşısının alınmasının vacibliyini müzakirə ediblər.
Onlar həmçinin Qafqaz regionunda sülhün və rifahın qorunması imkanlarını müzakirə ediblər.