image-reklam-veteninfo
image-1backend

Bloomberg: “ Laricaniyə hücumun məqsədi ayətullahlara təzyiq olub”

image-reklam-veteninfo

“Bloomberg” agentliyi xəbər verib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin hədəfə alınması daha geniş strategiyanın tərkib hissəsi olub.

Məlumatda adı açıqlanmayan İsrail rəsmisinə istinadən bildirilir ki, bu hücum İranın ali dini rəhbərliyinə – ayətullahlara təzyiq göstərmək məqsədi daşıyıb.

Mənbənin sözlərinə görə:“Münaqişənin həlli üçün ayətullah rejimi yox olana qədər təzyiq göstərməliyik. Bir ayətullah rejiminin digəri ilə əvəz olunmasına icazə verməyəcəyik”.

Agentliyin məlumatına əsasən, bəzi ekspertlər Laricaninin öldürülməsinin Fars körfəzi bölgəsində gərginliyin azaldılması istiqamətində mümkün diplomatik səylərə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki