image-1backend

Bloomberg: Türkiyə BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib

image-reklam_sirab_01

Türkiyə BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib. 

Vətəninfo.az  xəbər verir ki , bu barədə Bloomberg məlumat yayıb. 

Agentliyin qeyd etdiyi kimi, bu yolla Türkiyə dünyada nüfuzunu gücləndirməyə və inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır.

Bloomberg-in məlumatına görə, assosiasiyanın genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS-in qarşıdakı sammitində müzakirə oluna bilər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan yayın əvvəlində Ankaranın assosiasiyaya qoşulmaq istədiyini bildirib. 

Bundan əvvəl Azərbaycan da BRİKS-ə qoşulmaq üçün ərizə verib. 

Təşkilat Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın qurucu ölkələrinin ingiliscə baş hərflərindən sonra BRİKS adlanır. Hazırda təşkilata 9 ölkə daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki