BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini diqqətlə izləyir. Vətəninfo.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Antonio Quterres aprelin 19-da sərhədin demarkasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb.
“O, tərəfləri sərhədin qalan hissələrinin demarkasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam nizamlanmasına nail olmaq üçün bütün mövcud ikitərəfli məsələləri həll etməyə çağırıb. Azərbaycan və Ermənistanın hazırda sülh sazişi üzərində işləməsi arxayınçılıq yaradır. Ümid edirik ki, xarici işlər nazirlərinin mayın 10-11-də Almatıda keçirilən görüşü qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün gələcək konstruktiv qarşılıqlı fəaliyyətlə davam etdiriləcək”, – deyə BMT-nin mətbuat xidməti cavabda bildirib.