image-reklam-veteninfo
image-1backend

BMT baş katibi  İrana çağırış etdi

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, dünən BMT-nin baş katibi Antonio Quterreş İranda davam edən etirazlarla bağlı rəsmi müraciət edərək, hakimiyyət orqanlarını dinc etiraz hüququna hörmət etməyə çağırıb.

BMT Baş katibinin sözçüsü bildirib ki, Antonio Quterreş ölkədə baş verən etirazları narahatlıqla izləyir. Etirazlar zamanı bir neçə nəfərin həlak olması və yaralanması baş katib tərəfindən dərin təəssüf və kədər hissi ilə qarşılanıb.

Quterreş İslam Respublikası hakimiyyətini əsas insan hüquqlarına, xüsusilə ifadə azadlığına, birləşmək azadlığına və dinc toplaşmaq hüququna hörmət etməyə çağırıb. O, gərginliyin azaldılmasının və zorakılıqdan çəkinilməsinin vacibliyini vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki