Dünən dörd iranlı hüquqşünas açıq məktubla BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsindən İranda narkotik maddələrin qanunsuz dövriyyəsində günahlandırılaraq həbs olunan şəxslərin edam edilməsinin dayandırılmasına çağırış edib.
Vətəninfo.az xəbər verir ki, İranda İnsan Haqları Təşkilatının məlumatına görə, Hüseyn Rəisi, Tənnaz Kolahçian, Məhəmməd Moqimi və Nire Ənsari BMT-yə göndərdikləri məktubda eyni ittiham ilə İranda edamların sayının artığını vurğulayıb.
İranlı hüquqşünaslar narkotik cinayətinə görə tutulanlara edam cəzasının verilməsini yaşamaq hüququnun kobud şəkildə pozulması adlandırıblar.