image-1backend

BMT Donald Trampla bağlı açıqlama verdi

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilən Donald Trampa təbriklərini çatdıraraq “ABŞ və BMT arasındakı əlaqə beynəlxalq münasibətlərin əsas dayaqlarından biridir” ifadəsini işlədib.

Antonio Quterreş ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı təbrik etmək üçün yazılı açıqlama verib. BMT-nin Amerikanın yeni rəhbərliyi ilə dünyanın qarşılaşdığı böyük çətinliklərlə mübarizə aparmaq üçün konstruktiv şəkildə işləməyə hazır olduğunu bildirən A.Quterreş Donal Trampa təbriklərini çatdırıb.

“ABŞ və BMT arasındakı əlaqə beynəlxalq münasibətlərin əsas dayaqlarından biridir”,-deyə Antonio Quterreş vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image