BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato bildirib ki, İslam Respublikası xaricdəki müxalifləri və tənqidçiləri susdurmaq üçün “ölüm təhdidləri, məlumat oğurlamaq cəhdləri, təxribat kampaniyaları və kiberhücumlar” kimi vasitələrdən istifadə edir.
Vətəninfo.az xəbər verir ki, Satonun sözlərinə görə, bu kampaniyalar xüsusilə qadın jurnalistləri hədəf alır və onlar zorakılıq, habelə, zorlama təhdidləri ilə üzləşirlər. O, həmçinin qeyd edib ki, hədəfdə olan şəxslərin ailələri də İranda sorğu-sual, işdən azad edilmə və həbs kimi təzyiqlərə məruz qalır.
BMT rəsmisi vurğulayıb ki, bu hərəkətlər ifadə, media və hərəkət azadlığı kimi əsas hüquqları pozur.