image-1backend

BMT:”İsrail bir həftədə İordan çayının qərb sahilində 30 fələstinlini öldürüb”

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin yalnız 1 həftədə işğal altındakı İordan çayının qərb sahilində 30 fələstinlini öldürdüyünü və bunun 2023-cü ilin noyabrından bəri bölgədə bir həftədə qeydə alınan ən yüksək igöstərici olduğunu bildirdi.
Vətəninfo.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Stefan Dujarrik İsrailin işğal altındakı İordan çayının qərb sahilində “geniş miqyaslı əməliyyatını” davam etdirdiyini qeyd edib.
BMT rəsmisi 27 avqust – 2 sentyabr tarixləri arasında 7-si uşaq olmaqla 30 fələstinlinin öldürüldüyünü və bunun 2023-cü ilin noyabrından bu yana bölgədə bir həftədə qeydə alınan ən yüksək göstərici olduğunu vurğulayıb.
“İsrail qüvvələri beynəlxalq hüquq normalarına əməl etməlidir”,-deyə Stefan Dujarrik Düjarrik qeyd edib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi İsrail qüvvələrinin El Halil şəhərində hərəkət azadlığını məhdudlaşdırdığı,minlərlə fələstinlinin əsas xidmətlərdən istifadəsinə mane olduğunu və onların yaşayış şəraitini çətinləşdirdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki