image-image_750x_6493164a8feca-1backend

BMT missiyası cəsus elan edildi

image-reklam_sirab_01

Mali hökuməti BMT missiyasına daxil olan bir sıra müfəttişləri casusluqda və ölkənin milli təhlükəsizliyinə zərbə vurmaqda ittiham edərək məhkəməyə müraciət edib. Mali hökumətinin versiyasına görə, BMT missiyasının bəzi əməkdaşları ötən ilin martında bir sıra cinayətlərdə iştirak ediblər. Vətəninfo.az xəbər verir ki, belə bir nəticəyə BMT-nin Ali Komissarlığının hökumət qoşunlarının mülki şəxsləri edam etdiyi bildirilən hesabatı dərc edildikdən sonra gəlib.

Mali tərəfi isə öz növbəsində bu ittihamları rədd edib və BMT missiyasını qərəzli olmaqda və yerli hakimiyyət orqanları ilə razılaşmadan peyk məlumatlarından istifadə etməkdə ittiham edib ki, bu da casusluğa bərabərdir. Bundan əlavə, Malinin müvəqqəti hərbi hakimiyyəti BMT sülhməramlılarını ölkə ərazisindən çıxarmaq qərarına gəlib. ABŞ öz növbəsində bu qərardan son dərəcə narahat olduğunu bildirib və prosesin mütəşəkkil və məsuliyyətli şəkildə həyata keçirilməsinə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image