image-1backend

BMT-nin baş katibi İsraili Suriyaya hücumları dayandırmağa çağırıb

image-reklam_sirab_01

BMT-nin baş katibi Antonio Quterreş İsrailin Suriyaya hava hücumlarından narahatdır və onları dayandırmağa çağırıb.Vətəninfo.az  xəbər verib ki, bu barədə brifinqdə BMT baş katibinin sözçüsü Stefan Dujarik məlumat verib.

“Baş katib son vaxtlar Suriyanın suverenliyi və ərazi bütövlüyünün genişmiqyaslı pozulmasından dərin narahatdır. Baş katib xüsusilə İsrailin Suriyanın bir neçə bölgəsində həyata keçirdiyi yüzlərlə hava hücumundan narahatdır”, – deyə Dujarrik bildirib.

Sözçünün sözlərinə görə, Quterreş zorakılığın “bütün cəbhələrdə, ölkə daxilində” deeskalasiyasının təcili ehtiyac olduğunu vurğulayır. 

İsrailin keçmiş rejimin silahlarının yanlış əllərə keçməməsi üçün Suriyaya hücum edildiyinə dair arqumentlərinə toxunan Düjarrik, bir çox ölkələrin başqalarının suverenliyini pozmaq üçün bəhanələr gətirdiyini bildirib.

“Aydındır ki, biz Suriyanın suverenliyi və ərazi bütövlüyünün vaxtaşırı pozulmasından narahatıq. Hazırda Suriyanın əhatəli, demokratik və azlıqların hüquqlarını qoruyan idarəetmə formasına keçmək üçün qonşularının dəstəyinə ehtiyacı var. Bundan əlavə, Suriyada nəzarətdə olanların bütün silahların və başqa hər şeyin nəzarət altında olmasını və qarət olunmamasını və yoxa çıxmamasını təmin etmələri vacibdir”, – deyə BMT baş katibinin sözçüsü bildirib.

O, həmçinin qeyd edib ki, BMT baş katibinin İsrail və digər ölkələrə mesajı Suriyaya hücumları dərhal dayandırmaq üçün fürsətdən istifadə edə bilmələridir. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image