BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQ) rəhbəri Rafael Qrossi bildirib ki, agentliyin müşahidəçilərindən ibarət ilk qrup bu ilin əvvəlində ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra ilk dəfə olaraq yenidən İrana qayıdıb.
İran iyun ayında İsraillə 12 günlük müharibədən sonra MAQ ilə əməkdaşlığını dayandırmışdı. Tehran agentliyi İsrail və ABŞ-ın onun nüvə obyektlərinə hücumlarını qınamamaqda ittiham edirdi.
Vətəninfo.az xəbər verir ki, Rafael Qrossi “Fox News” kanalına açıqlamasında bildirib:
“MAQ-nin ilk müşahidəçi qrupu artıq İrandadır və biz işimizi yenidən başlamağa hazırlaşırıq.”
Qrossi qeyd edib ki, İranda çoxsaylı nüvə obyektləri mövcuddur və onların bəziləri hücuma məruz qalıb, digərləri isə salamat qalıb:
“Biz hazırda işimizin bərpası üçün hansı praktiki mexanizmlərin həyata keçirilə biləcəyini müzakirə edirik.”
Bu açıqlama İranın dünən Cenevrədə Böyük Britaniya, Fransa və Almaniya ilə danışıqlar apardığı vaxt verilib. Tehran həmin ölkələrin 2015-ci ildə imzalanmış, lakin hazırda demək olar ki, qüvvədən düşmüş nüvə sazişi çərçivəsində tətbiq edə biləcəkləri sanksiyələrin bərpasının qarşısını almağa çalışır.
İsrail bildirib ki, İranın ali hərbi rəhbərlərinə, nüvə alimlərinə, uranın zənginləşdirilməsi obyektlərinə və ballistik raket proqramına qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlar, Tehranın yəhudi dövlətini məhv etmək planlarının qarşısını almaq üçün zəruri olub.
Rəsmi Tehran isə dəfələrlə nüvə silahı əldə etməyə çalışdığını inkar edib. Buna baxmayaraq, İran sülh məqsədləri üçün istifadə olunması mümkün olmayan səviyyədə uran zənginləşdirib, beynəlxalq müfəttişlərin nüvə obyektlərinə girişinə maneələr yaradıb və ballistik raket imkanlarını genişləndirib. İsrailin iddiasına görə, İran son vaxtlar nüvə silahı istehsalına doğru addımlar atıb.