image-reklam-veteninfo
image-1backend

BMT: ‘‘Qәzzada humanitar dәhlizin yaradılmasını istәyirik’’

image-reklam-veteninfo

Birləşmiş Millətlər Təşkilatı Qəzzada humanitar dəhlizin yaradılmasını istədiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Stefan Dujarrik bildirib ki, BMT Qəzzada humanitar dəhliz yaratmaq istəyir. BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland və BMT-nin Fələstinli Qaçqınlarına Yardım Agentliyinin (UNRWA) komissarı Filip Lazzarini Misir hökuməti ilə görüşüblər.

Stefan Dujarrik BMT-nin Misirin Qəzzaya kömək üçün Rəfah sərhəd-keçid məntəqəsini açıq saxlamağa çalışacağına dair qərarını alqışladığını ifadə edərək deyib: “Ümid edirik ki, humanitar yardımların çatdırılması üçün əlavə addımlar atılacaq”.

Jurnalistin “Qəzzəlilərin kütləvi şəkildə köçməsi və geri qayıda bilməmə ehtimalı barədə nə düşünürsünüz? şəklindəki sualını cavablandıran Stefan Dujarrik gələcəklə bağlı açıqlama verə bilməyəcəyini deyib.

“Mülki vətəndaşlar müdafiə edilməlidirlər. Qəzzalıların kütləvi köçünün şahidi olmaq istəmirik” ,-deyə Stefan Dujarrik vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki