Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin hücumlarına məruz qalan Qəzzada təxminən yarım milyon insanın aclıqla üzləşdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, BMT-nin rəsmi ”X” internet səhifəsində edilən paylaşımda İsrailin hücumlarına məruz qalan Qəzzada yaşanan ərzaq böhranına diqqət çəkilib.
Paylaşımda təxminən yarım milyon fələstinlinin aclıqla üzləşdiyi və qidaya çıxışın çox məhdud olduğu vurğulanıb.
Paylaşımda həmçinin BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) bu sahədəki fəaliyyətini davam etdirdiyi və Qəzzada ərzaq və yardıma daha etibarlı çıxışın əhəmiyyəti vurğulanıb.
İsrail ordusu 2023-cü il oktyabrın 7-dən bu yana Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 38 345 fələstinlini öldürüb, 88 295 nəfəri də yaralayıb.
Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.