image-1112385backend

BMT Təhlükəsizlik Şurası Şimali Koreya məsələsi ilə bağlı iclas keçirib 

image-reklam_sirab_01

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınaqları ilə bağlı iclas keçirəcək. Bu barədə Vətəninfo.az  Təhlükəsizlik Şurasının iş proqramına istinadən xəbər verir.

BMT Təhlükəsizlik Şurasının sədri, Birləşmiş Ərəb Əmirliklərinin daimi nümayəndəsi Lana Zəki Nuseybənin bir müddət əvvəl bildirdiyi kimi, bir sıra ölkələr məsləhətləşmələr üçün müraciət edib.

Görüş bu günə  təyin edilib.

Şimali Koreyanın kosmosa hərbi kəşfiyyat peyki buraxmaq cəhdi bir neçə gün əvvəl uğursuzluğa düçar olmuşdu, lakin Pxenyan uğursuzluğu araşdırıb növbəti buraxılışı həyata keçirəcəyini bildirib. Pxenyan bildirib ki, peykin əsas vəzifəsi ABŞ və müttəfiqlərini çəkindirmək üçün məlumat toplamaq olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki