image-1backend

BMT TŞ  fövqəladə iclas keçirəcək

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Livandakı hadisələri müzakirə etmək üçün oktyabrın 20-də fövqəladə iclas keçirəcək.

BMT Təhlükəsizlik Şurasına sədrlik edən Sloveniya Əlcəzairin təcili iclas tələbini qəbul etdiklərini açıqlayıb.

BMT TŞ-nin fövqəladə sessiyası 20 sentyabr Bakı  vaxtı ilə saat 23.00-da  başlayacaq.

Xatıradaq ki, sentyabrın 18-də ”Hizbullah”ın istifadə etdiyi rabitə vasitələrinə hücum edilib.

Livan Səhiyyə Nazirliyi partlayışlar nəticəsində 2-si uşaq olmaqla 12 nəfərin öldüyünü, 300-ü ağır olmaqla 2800-ə yaxın insanın yaralandığını açıqlayıb.

Ötən gün ölkədə radioqəbuledicilərin partlaması nəticəsində 20 nəfərin öldüyü, 450-dən çox insanın yaralandığı bildirilib.

Livan rəsmiləri İsrailin hücumlara görə məsuliyyət daşıdığını açıqlayıb. İsrail isə məsələ ilə bağlı açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki