image-1backend

Boğaziçi boğazı bağlandı

image-reklam_sirab_01

İstanbulu Avropa və Asiya hissələrinə ayıran Boğaziçi boğazı ilə gəmiçilik qatı duman səbəbindən müvəqqəti olaraq bağlanıb . Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz İşləri İdarəsi məlumat yayıb .

” Yerli vaxtla saat 03:10- da hava şəraiti normallaşana qədər qatı duman səbəbindən hər iki istiqamətdə naviqasiya dayandırılıb ” , – məlumatda deyilir .

Türkiyə Sahil Mühafizəsinin məlumatına görə , çərşənbə gecəsi şəhərin şimal hissələrini qatı duman bürümüşdür .

Fevralın 12-də İstanbulun bir neçə rayonunda yağan güclü qar səbəbindən yerli hakimiyyət məktəblərdə dərsləri ləğv etmək qərarına gəlib. Türkiyənin Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanının işində dəyişikliklə bağlı hələlik məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image