image-1backend

Boliviyada hərbi çevrilişə cəhd uğursuz olub

image-reklam_sirab_01

Boliviyada hərbi çevrilişə cəhd edilib.

Vətəninfo.az  TASS-a istinadən verdiyi məlumata görə , Boliviyanın paytaxtı Sucre şəhərində dövlət qurumlarının yaxınlığında hərbçilərdən ibarət qruplar peyda olub. İspaniyanın EFE agentliyinin məlumatına görə, tank hökumət binasının ərazisinə daxil olub.

Boliviya silahlı qüvvələrinin baş komandanı, general Xuan Xose Zuniqa hökumət binasını nəzarətə götürməklə və Nazirlər Kabinetinin tərkibini dəyişdirməklə hədələyib.

Boliviya prezidenti Luis Arce hərbçilərin hakimiyyəti ələ keçirməsinə imkan verməyəcəyini açıqlayıb. Prezidentin sözlərinə görə, Boliviya hakimiyyəti “dövlət çevrilişi cəhdlərinə və demokratiyaya zərər vurmağa qəti şəkildə müqavimət göstərmək niyyətindədir”.

Ölkə prokurorluğu general Xuan Xose Zuniqanı terrorizmdə ittiham edib və həbsə order verib.

Boliviya televiziyası Suniqanın polislərin müşayiəti ilə Baş Qərargah binasından çıxaraq onu maşına mindirməsinin görüntülərini nümayiş etdirib. Boliviya telekanalı isə Boliviya Hərbi Dəniz Qüvvələrinin keçmiş komandiri Xuan Arnes Salvadorun həbsi barədə məlumat yayıb və onun çevriliş cəhdi ilə bağlı həbs edilən ikinci şəxs olduğunu qeyd edib.

Artıq Avropa İttifaqı, Latın Amerikası və bir çox başqa ölkələr Boliviyada çevriliş cəhdini pisləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki