image-1backend

Bolqarıstan parlamenti yeni baş nazirin namizədliyini təsdiq etməyib

image-reklam_sirab_01

Bolqarıstan Milli Assambleyasının deputatları Rosen Jelyazkovun baş nazir postuna namizədliyinin əleyhinə səs veriblər. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, 98 deputat onun namizədliyini dəstəkləyib, 138 deputat əleyhinə çıxış edib, daha iki deputat isə bitərəf qalıb.

Rosen Jelyazkov bu yaxınlarda keçirilən parlament seçkilərində birinci səs verən “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” partiyasını təmsil edir.

Yaradılan vəziyyəti şərh edən Bolqarıstan Prezidenti Rumen Radev parlamentariləri məsuliyyət və adekvatlıq nümayiş etdirməyə çağırıb. O, parlament müzakirələrində şəxsi keyfiyyətlərin üstünlük təşkil etdiyini, deputatların bu gün və gələcəyə deyil, keçmişə daha çox diqqət ayırdığını vurğulayıb.

Radev indi hökuməti qurmaq mandatını ikinci parlament siyasi qüvvəsi olan “Hüquq və Azadlıqlar Hərəkatı”na təhvil verəcəyini açıqlayıb, lakin bu addımın atılması üçün son tarixlə bağlı suala cavab verməyib.

Bolqarıstanda hakimiyyət böhranı 2021-ci ildən davam edir. Bu müddət ərzində ölkədə altı hökumət dəyişib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki