image-reklam-veteninfo
image-ride-1backend

Bolt Azərbaycanda canlı müşahidə dəstəyi ilə ilk təhlükəsizlik yönümlü “Video müşayiət” kateqoriyasını təqdim edir

image-reklam-veteninfo

Video müşayiət” — real vaxtda insan nəzarəti və avtomobil daxili müşahidə ilə daha etibarlı səyahət

Bakı, Azərbaycan — Bolt təhlükəsizlik sahəsində növbəti yeniliyini təqdim edir – “Video müşayiət” kateqoriyası, canlı agent dəstəyi və video müşahidə sistemi ilə ilk dəfə Azərbaycanda istifadəyə verilir. Bu yeni ride kateqoriyası səyahət zamanı real vaxtda xüsusi təlim keçmiş mütəxəssis tərəfindən izlənilən avtomobillərlə daha etibarlı və rahat təcrübə təqdim edir.

Hər Bolt “video müşayiət” sifarişi zamanı səyahət avtomobil daxilində quraşdırılmış kamera vasitəsilə canlı olaraq izlənilir. Təhlükəsizlik üzrə təlim keçmiş agent səyahət boyu sərnişinlə audio əlaqə saxlayır və zərurət yarandıqda birbaşa müdaxilə edə bilir.

Sərnişinlər istənilən anda agentlə əlaqə yarada, həmçinin ailə üzvlərini və yaxınlarını səfərin gedişatına canlı şəkildə qoşa bilərlər. Hər hansı təhlükə və ya narahatlıq yaranarsa, agent operativ şəkildə təcili xidmət orqanlarına və ya sərnişinin etibarlı kontaktına məlumat verir.

hlükəsizliyə yönəlmiş yeni yanaşma

Bu yenilik sərnişinlərin daha fərdi və proaktiv təhlükəsizlik gözləntilərini qarşılamaq məqsədi daşıyır. “Video müşayiət” kateqoriyası xüsusilə tək səyahət edənlər və ya yaxınları üçün sifariş verən ailə üzvləri üçün əlavə nəzarət və rahatlıq təmin edir.

Fərid Əbdulzadə, Bolt Azərbaycan Baş Əməliyyat Meneceri, bildirib:

“Biz video müşaiyət” kateqoriyasını sadəcə taksi xidməti kimi deyil, insanların özlərini daha təhlükəsiz və etibarda hiss etmələri üçün yaratdıq. Bəzən bu fərq kiçik görünə bilər, amma səyahət zamanı kiminsə sizi izlədiyini və diqqətdə saxladığını bilmək böyük rahatlıq yaradır. Bu, təhlükəsizlik və insan mərkəzli platforma yanaşmamızı əks etdirir.”

Video müşaiyət avtomobilləri həm daxili, həm də xarici müşahidə kameraları ilə təchiz olunub. Yazılan məlumatlar təhlükəsiz şəkildə dövlətə məxsus serverlərdə saxlanılır və yalnız rəsmi hüquq-mühafizə sorğusu olduqda təqdim edilə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki