image-reklam-veteninfo
image-bolt_logobackend

Bolt şirkəti yeni təşəbbüs – Bolt Akademiya layihəsini təqdim edir.

image-reklam-veteninfo

Layihənin əsas məqsədi sürücülərə və kuryerlərə rəsmi fəaliyyətə başlamaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və daha sabit gəlir imkanları əldə etmək üçün dəstək göstərməkdir.

İyul ayından fəaliyyətə başlayan Bolt Akademiya çərçivəsində artıq bir sıra layihələr uğurla həyata keçirilir.

İlk lahiyyə olaraq Akademiyanın tərkib hissəsi olan Bolt Accelerator proqramı sürücü və kuryerlərin sahibkarlıq bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilir. Artıq seçim mərhələsi başa çatıb və seçilmiş iştirakçılar üçün təlimlər davam edir.

Qeyd edək ki, Bolt Accelerator proqramı SUP VC şirkəti ilə tərəfdaşlıq çərçivəsində icra olunur və yekunda ən güclü ideyaların müəllifləri 36,500 AZN məbləğində mükafat fondu uğrunda mübarizə aparacaqlar.

Gündəlik olaraq Bolt tətbiqi vasitəsilə hal-hazırda fəaliyyət göstərən və yeni qoşulmaq istəyən sürücülərə müxtəlif dəstək mexanizmləri təqdim olunur.

Bolt Akademiyası necə kömək edir?

Təlim sertifikatı dəstəyi

Rəsmi taksi fəaliyyəti üçün sürücülər ilkin olaraq təlim və imtahandan keçərək Təlim Sertifikatı almalıdırlar. Bolt bu prosesdə təlim xərclərini qarşılayır və sürücülərə imtahanı uğurla keçib platformada qeydiyyatdan keçənədək dəstək göstərir.

Sürücülərin avtoparklarla əlaqələndirilməsi

Bolt Akademiya sertifikatlı sürücülərə uyğun şərtlərlə əməkdaşlıq edə biləcəkləri avtoparklarla əlaqə yaratmağa kömək edir.

Sertifikatlı sürücülər üçün sərfəli lizinq imkanları

Avtoparkla işləmək istəməyən və fərdi sahibkar kimi xidmət göstərmək istəyən sürücülər üçün Bolt Akademiyası, Leopslizinq şirkəti ilə yeni əməkdaşlıq çərçivəsində, sərfəli avtomobil lizinqi və əlavə dəstək xidmətləri təklif edir.

Avtoparklar üçün peşəkar və sertifikatlı sürücü tapmaq imkanı

Əgər avtopark sertifikatlı sürücülər tapmaqda çətinlik çəkirsə, onlar əməkdaşlıq şərtlərini Bolt Akademiya ilə paylaşa bilər. Bolt komandası isə dövlət tələblərinə cavab verən sürücüləri müvafiq şərtlərə uyğun avtoparklarla əlaqələndirir.

Bolt Akademiyası bizim üçün yalnız başlanğıcdır. İlk mərhələ — sürücülərə dəstək təşəbbüsü bu istiqamətdə atılan ilk addımdır və biz bu proqramı daha da genişləndirərək kuryerlərə dəstək layihələrini də yaxın aylarda təqdim etməyi planlaşdırırıq.

Bu kimi təşəbbüslər Azərbaycanda taksi sənayesinin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və peşəkar sürücülük mədəniyyətinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır., Bolt nümayəndəsi bildirib.

Bolt Akademiyanın məqsədi həm sürücülər, həm də avtoparklar üçün qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaratmaq, rəsmi taksi fəaliyyətinə keçidi daha asan, sürətli və əlçatan etməkdir.

Əlaqə

📍 Ünvan: 4 Bəşir Bünyadov, Bakı

💬 WhatsApp: +994 55 213 93 89

Yeniliklərdən xəbərdar olun bizi izləyin:

📷 Instagram: @bolt.akademiya

🎵 TikTok: @bolt.akademiya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki